Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı həlak olan hərbçilərin lazımi avadanlıqla, o cümlədən xilasetmə jiletləri ilə təmin olunmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, Tokayev Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsləri ilə görüşündə təlimlərin təşkili, hərbçilərin təchizatı və təhlükəsizlik tədbirlərinin araşdırılmasını tapşırıb.
Qeyd edək ki, sentyabrın 24-də Manqistau vilayətində keçirilən “Xəzər Korqanı-2026” təlimləri zamanı 17 hərbçi “Kaisar” gəmisindən dənizə düşüb. Onlardan 3-ü xilas edilib, 14-ü isə həlak olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


