Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-28,
Seanews
Heyder Eliyev

Konqo Demokratik Respublikasında qayığın aşması nəticəsində 41 nəfər ölüb

Konqo Demokratik Respublikasının Tanqanika gölündə təxminən 100 sərnişin və yük daşıyan qayıq aşıb. Hadisə nəticəsində 41 nəfər ölüb, 49 nəfər xilas edilib, itkin düşənlərin axtarışı davam etdirilir.

“Seanews.az” xəbər verir ki, qəza qayıq Tanzaniyanın Kiqoma limanından Kalemiyə gedərkən Mapera kəndi yaxınlığında baş verib. Sərnişinlərdən birinin sözlərinə görə, onlar gecə saat 01:00 radələrində yuxudan oyanarkən qayığın bir tərəfə təhlükəli şəkildə əyildiyini görüblər.

Məlumata görə, bu, son bir ay ərzində Kiqoma–Kalemi marşrutunda baş verən ikinci ağır hadisədir. Bu marşrutda gəmilərin çox vaxt həddindən artıq yüklə və kifayət qədər xilasedici jiletlər və təhlükəsizlik avadanlığı olmadan hərəkət etdiyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır