Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-11,
Seanews
Heyder Eliyev

Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraitinin sentyabrın 22-də gündüzədək davam edəcəyi, 23-dən havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 21-də gündüzdən sentyabrın 22-də səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Dağlıq ərazilərdə qar yağıb, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib. Şimal-qərb küləyi bəzi yerlərdə 15-20, ayrı-ayrı yerlərdə arabir 24-38, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda isə 20-25, bəzi yerlərdə arabir 35-38 metr/saniyəyədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6,6 metrə çatıb.
Düşən yağıntının miqdarı Astarada 33, Lənkəranda 28, Lerikdə 25, Şahdağda 11, Yardımlıda 9, Şamaxıda 7, Qusarda 5, Xınalıq, Qubada 4, əksər rayonlarda 0-1 millimetr olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 3, Xınalıqda və Qırızda 1 santimetr təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır