Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-14,
Seanews
Heyder Eliyev

Azərbaycan və Türkmənistan Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xətti çəkəcək

28 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində baş tutan “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili” haqqında dövlətlərarası saziş Azərbaycan tərəfdən Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov tərəfindən Türkmənistan tərəfdən isə bu ölkənin Sənaye və Kommunikasiyalar Nazirliyinin “Türkmenaraqatnaşık” (“Türkmenaragatnaşyk) Agentliyinin sədri Hacımurad Xudayquliyev tərəfdən imzalanıb.

Sazişə əsasən, Xəzər dənizinin dibi ilə çəkiləcək magistral fiber-optik kabel xətti Azərbaycan tərəfdən magistral internet provayderi “AzerTelecom” şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru “Türkmentelekom” tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır