“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
“Dəniz” qəzetinin növbəti – 29 yanvar 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.
Bu sayda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun daha səmərəli fəaliyyəti üçün ardıcıl tədbirlərin gerçəkləşdirilməsindən, Azərbaycanın “dəniz gücü”ndən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin Xəzər Dəniz Neft Donanması kollektivinin üzvləri ilə görüşündən, İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun panel müzakirəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətinin qeyd edilməsindən, 2006-cı ildən Xəzərin səviyyəsinin enməsindən, İcbari tibbi sığortanın xidmətlər zərfində nələrin nəzərdə tutulmasından, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni gəmisinə akademik Xoşbəxt Yusifzadənin adının verilməsindən, 30 il əvvəl 20 Yanvar faciəsi günlərində dənizçilərimizin göstərdiyi şücaətdən, tranzit imkanların artmasının büdcə gəlirlərinin də çoxalmasına səbəb olmasından, Azərbaycan Dövlət Dəniz Akademiyasında və onun tabeliyində olan Təlim-Tədris Mərkəzində həyata keçirilən müxtəlif tədbirlərdən, elektrik mühərriki ilə işləyən ilk sərnişin bərələrin gələn il istifadəyə veriləcəyindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.
Daha ətraflı BURADAN oxuya bilərsiniz.