ASCO-nun uşaq bağçalarında dezinfeksiya işləri aparılıb
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri ASCO-ya məxsus “Xəzər” və “Dalğa” uşaq bağçalarında həyata keçirilib.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
Qeyd edək ki, koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274 30 82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.