Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-13,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  12 mart 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda dövlətimizin başçısının da iştirak etdiyi altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsindən,  dünyanı cənginə alan koronaviris təhlükəsi ilə bağlı  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də həyata keçirilən qabaqlayıcı tədbirlərdən, ASCO-nun növbəti 10 il üçün strateji inkişaf planının hazırlanmasından, ABŞ Konqresinin 2 üzvünün Xocalı qətliamı ilə bağlı bəyanat verməsindən, Azərbaycanın işğal edilmiş ərazilərində hərbi cinayətlərə dair məruzənin BMT-nin rəsmi sənədi kimi yayılmasından, Azərbaycanın onu əhatə edən hegemon ambisiyalı böyük dövlətlərlə bərabər məsafə saxlamaq bacarığından, ölkəmizdən keçən yeni İpək Yoluna fəlsəfi baxışdan, Qətərin qədim İpək Yolu layihəsinə maraq göstərməsindən,  tələbələrə təqaüdlərin  təyin olunması və ödənilməsi qaydasında dəyişiklik edilməsindən, Azərbaycan Dövlət Dəniz Akademiyasında tədrisin keyfiyyətinin artırılması üçün görülən işlərdən, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun  yeni Qaydada əsas prinsip kimi müəyyən olunmasından, qanunsuz ovlanan heyvanlara görə 2 il azadlıqdan mərhumetmə cəzasının tətbiq edilə biləcəyindən, dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır