Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Tibbi etil spirtinin yalnız dezinfeksiya məqsədilə istifadəsi tövsiyə olunur

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan - tibbi etil spirtindən istifadə qaydaları haqqında vətəndaşlara müraciət edib.

AZƏRTAC-ın verdiyi xəbərə görə, müraciətdə qeyd edilib ki, tibbi etil spirtinin yalnız dezinfeksiya məqsədilə istifadəsi tövsiyə olunur.

Həmin məhlulun hər hansı bir durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.

Mərkəz əhalini diqqətli və ehtiyatlı olmağa çağırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır