Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları  könüllü qanvermədə iştirak ediblər

Koronavirus (COVİD-19) ilə əlaqədar qan qıtlığı səbəbindən Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslərin həyatı üçün təhlükə yarana bilər. Belə ki, son günlərdə donorların sayında kəskin azalmanın müşahidə olunması qeyd olunan şəxslər üçün həyati əhəmiyyət kəsb edən qan tədarükünü, demək olar ki, mümkünsüz edib.

Bununla əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları könüllü şəkildə qan verməyə başlayıblar.

Artıq qanvermə aksiyasında iştirak edən İnsan resurslarının idarəedilməsi departamentinin əməkdaşları Orxan Abdullayev və Qənirə Həsənli hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edib.

Qan vermək istəyən şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankının bölgə bölməsi (Bakı, Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə) ilə əlaqə saxlayıb yaxınlaşa bilərlər. Donorlardan qan verməyə gəlməzdən öncə Mərkəzi Qan Bankının müvafiq bölgə bölməsi ilə 1 saat əvvəldən əlaqə saxlayıb məlumat vermələri xahiş olunur.

Donor olmaq istəyən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə 1 rəqəmini (təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün) və şəxsiyyətini təsdiq edən məlumatı göndərməlidir (məsələn: 1 AZE11111111). Yaşayış yerini tərk etmək üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır