ASCO üzrə dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Orion-3”, MPK-474”, 678 saylı Üzən Gəmi Təmiri Emalatxanası, Balakən”, Professor Gül”, Məcik-1”, “Zərdab-6”, “Çalqan-4”, “Çalqan-6”, “Qaradağ-7”, “MPK-452”, “PSK-45”, “PSK-48”, “PSK-28”, “PSK-33”, “PSK-31”, “Abşeron-20”, “Abşeron-18”, “Abşeron-22”, “PS-173”, General Əsədov”, “Şahdağ”, “Merkuri-1”, “Bəstəkar Qara Qarayev” gəmilərində Azərbaycan Dövlət Dəniz Akademiyasının II korpusunda, Dəniz Nəqliyyatı Donanmasının yeməkxanasında, Qızılgül parkında aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.