Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri  “Zərdab-6”, “Məcik-1”, “Xəzər-3”, “Ulduz”, “SLV-363”, “Bunkerovşik-7”, İrgiz”, “Sabit Orucov”, “Hövsan-2”, “Xəzər-1”, “Salyut”, “Abşeronskaya-6”, “Şamaxı”, “Zərdab-3”, “Vasif Hüseynov”, “Sumqayıt”, “Akademik Həsən Əliyev”, “Ağdam” gəmilərində, Xəzər Dəniz Neft Donanmasının inzibati binası, ərazisi, anbarları və yanalma körpülərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır