ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “General Əsədov”, “Abşeronskaya-5”, “Bakinskaya-5”, “Bakinskaya-3”, “Mühəndis Balarza Məmmədov”, “BMK-7408”, “Orion-26”, “Abşeron-17”, “Orion-27”, “BMK-7219”, “BMK-7218”, “BMK-6795”, “BMK-7648”, “Şimal-52”, “Balakən”, “Cəfər Cabbarlı”, “Bunkerovşik-4” gəmilərində, eləcə də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun inzibati binası, həyətyanı sahəsi, anbarları, sexlərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.