"Yuri Kuvıkin" barjının bosmanı iş zamanı həlak olub
Xəzər dənizində üzən "Yuri Kuvıkin" barjının 1989-cu il təvəllüdlü bosmanı iş zamanı vəfat edib.
İstintaqın verdiyi məlumata görə, aprelin 17-də iş icrası zamanı metal trosun qırılması nəticəsində gəminin bosmanı xəsarət alaraq həlak olub. “Yari Kuvıkin” barjından “Okeanus” yedək gəmisinə qədər uzanan metal tros ona bərkidilmiş lövbərin ağırlığından qırılıb.
Hazırda Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat İstintaqı İdarəsinin orqanları hadisə ilə bağlı araşdırma aparır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır