ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Balakən”, “Bəstəkar Fikrət Əmirov”, “Cəlil Məmmədquluzadə”, “Merkuri-1”, Ak.Topçubaşov”, “Bərdə”, “Bunkerovşik-6”, “SLV-370”, “Om”, “PSK-31”, “PSK-33”, “Orion-23”, “Çalqan-10”, “Orion-22”, “Bulaq”, “Cəmil Niftəliyev”, “Orion-17”, “Abşeron-21”, “Mikayıl Əliyev” gəmiləri, 721 və 639 saylı üzən emalatxanalar, Pirallahı, Damba və Şimal körpülərinin quru ərazilərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.