ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Zərifə Əliyeva”, “Zəngəzur”, “Bəstəkar Fikrət Əmirov”, “Dağıstan”, “SPK-47/25”, “Əli Əmirov”, “Aydın Məmmədov”, “İsmət Qayıbov”, “Zirə”, “PSK-38”, “Bulaq-2”, “Qaradağ-15”, “Qaradağ-16”, “Neftqaz-62”, “MPK-470”, “Şirvan”, “PSK-51” gəmilərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda, dənizçilərin səfərlərarası istirahət yataqxanasında, Dənizçilik Kollecinin yataqxanasında aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.