Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-08,
Seanews
Heyder Eliyev

Gəmi ilə Qazaxıstandan daha 24 vətəndaşımız Azərbaycana yola salınıb

COVID-19 pandemiyası dövründə xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalmış daha 24 vətəndaşımız ölkəmizə təxliyə olunub.

Azərbaycanın Aktaudakı baş konsulluğundan AZƏRTAC-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” (17 nəfər) “Professor Gül” ( 6 nəfər) və “Dağıstan” (1 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Qeyd edək ki, bu günədək baş konsulluq vasitəsilə ümumilikdə 523 vətəndaşımız gəmi ilə ölkəmizə təxliyə olunub.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır