Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-10,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  9 oktyabr 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Milli Ordumuzun sentyabrın 27-dən başlayaraq uğurlu əks-hücum nəticəsində qazandığı qələbələrlə xalqımıza yaşatdığı qürur hissindən, xarici sularda üzən dənizçilərimizin Azərbaycanın haqq səsini dünyaya çatdırmalarından, Xəzər regionunun qlobal iqtisadiyyatda rolundan, bu il Azərbaycan Dövlət Dəniz Akademiyasını seçən gənclər arasında 600-dən yuxarı bal toplayanların sayının artmasından,  bu təhsil ocağının prorektorunun Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilməsindən, Qızılağac Milli Parkının Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi sayılmasından, gəmilərin təmirdən sonra açıq dənizə qaytarılmasından, bəzi qurumların Silahlı Qüvvələrə Yardım Fonduna dəstəyindən, Azərbaycan qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 98 faizinin yekunlaşmasından və ilin sonunadək qaz nəqlinin mümkün ola biləcəyindən, şans amilinin biznes proseslərinə təsirindən, dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır