“ASCO Arena” stadionunun tribunalarına işğal altında olan rayonların adları həkk edilib - FOTO
Azərbaycan Premyer Liqasının VI turunun “Səbail”lə “Keşlə” arasında keçirilən açılış oyunu üçün xüsusi hazırlıq görülüb.
“ASCO Arena” stadionunun tribunalarına işğal altında olan rayonların adları həkk olunub.
Komandalar meydana “Şəhidlər ölməz, Vətən bölünməz” pankartı ilə çıxıb. Ardından dövlət himni səslənib.
Qeyd edək ki, turun “Qarabağ” – “Qəbələ” matçı bu gün 16:00-da başlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır