Layner martda ilk səfərinə çıxacaq
“Seanews.az” xəbər verir ki, Fransanın “Chantiers de l'Atlantique” gəmiqayırma zavodu dünyanın ən böyük kruiz gəmisi “Wonder of the Seas”i istismara verib.
Sifarişçisi Amerikanın “Royal Caribbean” kruiz şirkətidir. Laynerin uzunluğu 362 metr, eni 64 metr, su basımı 236,8 min tondur. Bu, “Oasis of the Seas” ilə başlayan və 2009-cu ildən bəri “Royal Caribbean” şirkəti üçün tikilmiş “Oasis” seriyasından beşinci və ən böyük gəmidir. Heyəti 2,3 min nəfər nəzərdə tutulan gəmi səfərə 6988 sərnişinlə çıxacaq. Laynerin ilk səfəri mart ayına planlaşdırılır. Bu, ABŞ-dan Karib dənizinə 7 günlük kruiz olacaq. Yayda isə laynerin Aralıq dənizi ətrafında səfərləri nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


