Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Okeanlardakı plastik tullantıların yarısı balıqçı gəmilərinin payına düşür

Dünya okeanlarındakı bütün plastik tullantıların yarısının beynəlxalq sularda və ölkələrin ərazi sularında balıq tutan 4,5 milyon balıqçı gəmisindən gəldiyi təxmin edilir. BMT-nin Okean Konfransının yekunlarına dair “The Conversation” nəşrində dərc olunmuş məqalədə belə fikir yürüdülür.

Son araşdırmaya görə, təkcə sənaye balıq ovu zamanı okeana 100 milyon funtdan (453,6 min ton) çox plastik tullantı daxil olur - bunlar torlar, tələlər, qutular və sairdir. Plastik tullantılara dünya okeanının hər yerində - Pitkern adası kimi ən ucqar və Mariana çökəkliyi kimi ən dərin yerlərində də rast gəlmək olar.

Plastik tullantıların su və sahil xətlərini çirkləndirməsi, gəmiçilik və dəniz canlılarının həyatı üçün təhlükə yaratması ilə yanaşı, suya zəhərli maddələr buraxır, itmiş və ya atılmış torlar isə balıqçılarsız “balıq tutmağa” davam edir.”

Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, 2050-ci ilə qədər dənizdə balıqdan daha çox plastik tullantı olacaq.

Eyni zamanda, dünya okeanlarını plastik tullantıların ən azı kağız üzərində nəzarətsiz atılmasından qorumaq mexanizmləri mövcuddur ki, onlardan biri də beynəlxalq MARPOL konvensiyasıdır.

Dövlətlərin bir tərəfdən öz bayrağı altında üzən gəmilərə nəzarət etməsi və plastikin təhlükəsiz utilizasiyası üçün şərait və stimul yaratması, digər tərəfdən isə öz limanlarına üz tutan dənizə plastik zibil atan gəmilərə qarşı tədbir görməsi vacibdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır