Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanından yola düşüb - VİDEO
Bu gün Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanından yola düşüb.
“Seanews.az” “CNN Türk”-ə istinadən bildirir ki, Syerra-Leone bayrağı altında üzən və anbarlarına qarğıdalı vurulan “Razoni” quru yük gəmisi Livana gedəcək.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan digər sənəd isə Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


