Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Rus dənizçiləri kömək istəyirlər

Ukraynanın İzmail limanında ilişib qalan rus dənizçiləri ölkə prezidenti Vladimir Putinə video ilə müraciət ediblər.

“360” bildirir ki, çarəsiz qalan dənizçilər dövlət başçısından vətənə qayıtmaqda yardım istəyirlər.

“Seanews.az”-ın məlumatına görə, heyət fevralın əvvəlindən limandakı gəmi təmiri zavodundadır.

“Biz bura təmirə gəlmişik. Təmir başladı, amma fevralın 24-də xüsusi əməliyyata görə hər şey dayandı. Biz vəziyyətin girovuna çevrilmişik və sahilə çıxa bilmirik. Bizi silahlı adamlar qoruyur. Pasportlara uyğun olaraq hər gün səhər, axşam yoxlanılırıq”, - deyə heyət üzvlərindən biri bildirib.

Onun sözlərinə görə, dənizçilər qohumları ilə əlaqə saxlamaq üçün mobil rabitə pulunu ödəyə, alış-veriş edə bilmirlər, çünki rubl qəbul etmirlər, bank kartları fəaliyyətini dayandırıb. Məhsullar, su var, amma "minimum miqdardadır".

“Biz səkkiz heyət üzvüyik, hamımız Rusiya vətəndaşlarıyıq. Zavodun ərazisində heyətinin tərkibində Rusiya Federasiyasının dənizçiləri olan daha bir neçə gəmi var. İzmaildə iki gəmiqayırma zavodunda 67 nəfərik. 10 aydan çoxdur gəmilərdə işləyənlər var, ruhi cəhətdən yorulublar və evlərinə, ailələrinin yanına qayıtmaq istəyirlər”, - deyə dənizçi bildirib.

Heyət kömək üçün müxtəlif strukturlara müraciət edib, lakin “demək olar ki, eyni cavablar alıb:”Siz siyahıdasınız, sizinlə bağlı iş gedir, tezliklə mübadilə baş tutacaq.”

Bununla belə, beş aydan çox vaxt keçib və dənizçilər hələ də limandadırlar.

“Biz bütün heyətlə prezidentimiz Vladimir Vladimiroviç Putinə müraciət edirik - bütün ümid sizədir! - beləliklə, mübadilə və vətənimizə qayıtmağımız məsələsi yaxın gələcəkdə həll olunsun",- deyə dənizçi sözünü bitirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır