Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Taxıl yüklü ilk gəmi sabah İstanbulun Boğaziçi sahillərində lövbər salacaq

Ukraynadan yola çıxan taxıl yüklü ilk gəmi böyük ehtimalla sabah günorta  radələrində (Ankara vaxtilə təxminən saat 15:00) İstanbulun Boğaziçi sahillərində lövbər salacaq. Birgə nümayəndə heyəti gəmidəki yükü yoxlayacaq. Bu protokol bütün gəmilərə şamil olunacaq.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Anadolu Agentliyinə açıqlamasında bildirib.

Bu məsələnin öz həllini tapmasının çox vacib olduğunu deyən nazir bildirib ki, burada söhbət Rusiya-Ukrayna böhranı ilə əlaqədar limanlarda gözləyən 25 milyon tondan çox taxıldan gedir. İlk gəminin yola çıxmasının ardınca növbəti gəmilər də heç bir problem olmadan eyni şəkildə hərəkət edəcəklər. Qlobal ərzaq problemi miqrasiyaya səbəb ola biləcək səviyyəyə yüksəlib. Bu, Afrikadan Avropaya və Türkiyəyə ciddi miqrasiya dalğası gətirə bilər. Bu məsələnin həll edilməsi vacibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır