Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Böyük Britaniya dəniz xəritələrinin çapını dayandıracaq

Böyük Britaniyanın Hidroqrafiya İdarəsi 2026-cı ildən etibarən dəniz xəritələrinin yalnız elektron şəkildə mövcud olacağını açıqlayıb.

“Daily Telegraph” qəzetinin yazdığına görə, buna səbəb kağız kartlara tələbatın azalması olub. Dənizçilər getdikcə yenilənməsi daha asan olan rəqəmsal versiyalardan istifadə edirlər.

"Bu, təəssüf doğurur, çünki kağız xəritələri böyükdür, buna görə, onlarda kursu tərtib etmək 7 düymlük ekrandan (17,78 sm) daha asandır", - təlimçi Melvin Uolhed söyləyib.

Onun sözlərinə görə, kağız daşıyıcıların olmaması elektron naviqasiya vasitələrinin nasazlığı halında problem yarada bilər.

Böyük Britaniyanın müvafiq  qurumu hazırda 63 ölkə və ərazi üçün dəniz xəritələrini çap edir. Bu işə isə ölkədə 200 il əvvəl başlayıblar.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır