Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Patrul katerləri döyüş sursatlarına qarşı aktiv qoruma sistemləri ilə təchiz edilib

Ukrayna Ordusuna aid “Bayraktar TB2” PUA-ları 2022-ci ilin fevral ayından bəri ən azı iki “Raptor” katerini vurub. MAM-L döyüş sursatı ilə vurulan Rusiya katerləri ciddi ziyan görüb və hətta ikiyə bölünüb.

Ordu.az xəbər verir ki, MAM-L sursatlarına qarşı Rusiya Hərbi Dəniz Qüvvələri maraqlı bir tədbir görüb. Normalda zirehli quru platformaları üçün hazırlanmış və tank əleyhinə idarə olunan raketlərin məhv edilməsinə yönəlmiş “Afghanit” aktiv qoruma sistemi “Raptor” katerlərinə inteqrasiya edilib.

Sistemlər əslində yer-yer tipli tank əleyhinə idarə olunan raketlərə qarşı hazırlanıb. ROKETSAN istehsalı olan MAM-L sursatları pilotlu və ya pilotsuz aviasiya tərəfindən istifadə olunur. Bu səbəbdən Rusiya Hərbi Dəniz Qüvvələrinin “Raptor” katerlərinə etdiyi bu tətbiqin nə dərəcədə təsirli olacağı hələ bilinmir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır