Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Konteyner daşımalarında rəqabət qaydalarına yenidən baxılmasını istəyirlər

Avropa və beynəlxalq biznes qurumları Avropa Komissiyasını konteyner daşımalarında rəqabət qaydalarını nəzərdən keçirməyə çağırır.

“Seanews.az”-ın məlumatına görə, yük sahiblərinin və ekspeditorların, liman terminalı operatorlarının və konteyner daşımalarından asılı olan təchizat zəncirinin digər iştirakçılarının maraqlarını təmsil edən on ticarət təşkilatı Avropa İttifaqının konteyner daşımaları sənayesində iştirak edən konsorsiumların məsuliyyətdən azad edilməsi haqqında Əsasnaməsinə dərhal yenidən baxılmasını tələb edir.

Aİ-də çoxlu sayda terminal operatorları və stividor şirkətlərini təmsil edən “Feport” assosiasiya deyir ki, tənzimləmə Aİ-nin rəqabət qanununun konteyner xətləri ilə bağlı tətbiq etdiyi bir çox yoxlama və balansları aradan qaldırır, donanmanın idarə edilməsi və xidməti optimallaşdırmaq üçün onlara kommersiya məlumatlarını və xidmət cədvəllərini mübadilə etməyə imkan verir.

“Avropa şirkətləri və təchizat zəncirlərinin digər iştirakçıları 2020-ci ilin aprel ayında Qaydanın son yenilənməsindən sonra konteyner xətlərində malların daşınmasında ciddi fasilələrlə üzləşiblər, tez-tez səfərlər ləğv edilib və ya digər limanlara yönləndirilib və xətlər bundan son anda xəbər tutublar. Eyni zamanda, bir çox marşrutlarda yükdaşıma tarifləri dörd dəfədən çox artıb və 2019-cu ildə pandemiyadan əvvəlkindən 3-4 dəfə yüksək olmaqda davam edir”, - deyə assosiasiyanın açıqlamasında bildirilir.

Avropa Komissiyasına göndərilən məktubda ticarət təşkilatları ABŞ Federal Dəniz Komissiyasının (FMC) araşdırmasına və nəticələrinə istinad edirlər ki, bu da may ayında konteyner istifadəçilərinin və xidmət təminatçılarının iddialarını nəzərə alan yeni dəniz islahatı qanununun qəbul edilməsi ilə nəticələnib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır