2030-cu ilə qədər 41 gəmi tikilməlidir
Kənd təsərrüfatı məhsullarının ixracı üçün Rusiya ticarət donanmasına 2030-cu ilə qədər 41 gəmi tikmək lazımdır.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər veriri ki, belə bir qiymətləndirmə kənd təsərrüfatı naziri Dmitri Patruşevin dilində səslənib.
"Biz hesab edirik ki, 2030-cu ilə qədər limanlara məhsulların çatdırılması üçün çay-dəniz, “Handymax” və “Panamax” tipli əlavə 41 gəmi inşa etməliyik. Xüsusilə beynəlxalq logistika şirkətlərinin Rusiyanın ərzaq tədarükünə əsassız maneələr yaratdığı indiki şəraitdə öz donanmamızın inkişafı prioritet vəzifələrdən biridir,”- deyə o, bildirib.
Nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin müvafiq göstərişi var və hazırda Kənd Təsərrüfatı Nazirliyi Sənaye və Ticarət Nazirliyi və Nəqliyyat Nazirliyi ilə birlikdə bu məsələ ilə fəal məşğul olur və belə gəmilərin tikintisi üçün dəstək mexanizmləri hazırlanır.


