Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

ABŞ esminesi Aksaz hərbi dəniz bazasına daxil olub

ABŞ-ın “USS Forrest Sherman” raket esminesi ölkənin cənub-qərbində yerləşən Türkiyənin Aksaz hərbi dəniz bazasına daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ 6-cı Əməliyyat Donanması bildirib.

Hazırda “Tomahawk” qanadlı raketləri ilə təchiz edilmiş esmines Aralıq dənizində fəaliyyət göstərən, İtaliya, Yunanıstan və Türkiyə donanmalarının freqatlarının daxil olduğu NATO-nun İkinci daimi dəniz qrupunun (SNMG-2) flaqmanıdır.

Eyni zamanda, Balkanların qərbində, Adriatik bölgəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin "Harry Truman" atom təyyarə gəmisinin başçılıq etdiyi zərbə qrupu var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır