Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Oxot dənizində torlara ilişmiş balina xilas edilir - VİDEO

Oxot dənizində balıq torlarına ilişmiş Qrenlandiya balinasının xilas edilməsi əməliyyatı davam edir.

“Seanews.az” Turizm Nazirliyinin teleqram kanalına istinadən bildirir ki, məməli Oxot dənizindəki Reyneke adası yaxınlığında tapılıb və xilasetmə qrupu yaradılıb.

Dəfələrlə Oxot dənizində balinaları öyrənmək üçün tədqiqat ekspedisiyalarında iştirak edən Uzaq Şərq Ekspedisiyaları şirkətinin direktoru Baxt Mavlanovun sözlərinə görə, balina stress altındadır, insanların olduğu qayığı yaxın buraxmır və dərhal dərinə baş vurur.

Eyni zamanda, balina artıq iplərin bir hissəsindən qurtula bilsə də, elm adamları hələ də bu dəniz nəhənginin həyatının təhlükə altında olduğunu düşünürlər.

Mütəxəssislər qeyd edirlər ki, dünyada Qrenlandiya balinalarının sayı 400-dən çox deyil. Hətta birinin ölümü ciddi itki olacaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır