Odessa limanından çıxan ilk taxıl yüklü gəmi İstanbul boğazına gecə saatlarında çatacaq
Ukraynanın Odessa limanından çıxan ticarət gəmisinin yola çıxması zamanı izləməli olduğu marşrut, keçdiyi humanitar dəhliz və onun yoxlanılması ilə bağlı məsələlər Mərkəzdə razılaşdırılmış prosedur və prinsiplərə uyğun olaraq həyata keçirilir.
Bu barədə Müştərək Koordinasiya Mərkəzinin koordinatoru kontr-admiral Özcan Altunbulak mətbuat konfransı zamanı deyib.
Kontr-admiral qeyd edib ki, hazırda Ukraynanın 3 limanından taxıl və bu digər ərzaq məhsulları çıxara biləcək gəmilərin hazırlanması davam etdirilir. Odessa limanından çıxan ilk taxıl yüklü gəmi isə dəniz şəraiti ilə əlaqədar olaraq İstanbul boğazına gecikmə ilə - gecə saatlarında çatacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


