Ən böyük konteyner gəmisi dokdan çıxarılıb
Şanxayda dünyanın ən böyük konteyner gəmisi dokdan çıxarılıb.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, konteyner gəmisinin yük tutumu 24,116 min TEU-dur (iyirmi fut ekvivalenti).
Uzunluğu 400 metr, eni 61,5 metr, hündürlüyü 33,2 metr olan konteynerdaşıyan “MSC” gəmiçilik şirkətinin sifarişi ilə “Hudong-Zhonghua Shipbuilding Group” tərəfindən inşa edilib.
Bundan əvvəl Şanxayın “Hudong Zhonghua Shipbuilding (Group) Co.” tərsanəsində "Ever Alot" adlı konteyner gəmisi inşa edilmişdi. İyunun 22-də istismara verilən və yük tutumu 24 min TEU olan 400 metr uzunluğunda "Ever Alo" dünyanın ən böyük konteyner gəmisi hesab olunurdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


