“Hafnia Rhine” tankerindən çaya neft məhsulu axıb
ABŞ Sahil Mühafizəsinin məlumatına görə, Sinqapur bayrağı altında üzən “Hafnia Rhine” tankeri yanacaq qəbul edərkən Missisipi çayında mazut ləkələri müşahidə edilib.
“Seanews.az”-ın məlumatına görə, suya 2000 qallondan çox neft məhsulu qarışıb.
Hadisə Yeni Orleandan iyirmi mil məsafədə baş verib. Heyət üzvləri dağılmanın daha çox yayılmasının qarşısını ala biliblər, lakin o vaxta qədər 60-a yaxın barj çaya daxil olmuş neft məhsulları ilə çirklənib.
Mazutun yayılmasının qarşısını almaq üçün təxminən 6000 fut üzən mühafizə çəpərləri quraşdırılıb.
Neft məhsulunun dağılmasının dəqiq səbəbi hələ müəyyən edilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


