Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyin könüllü komandasına sertifikatlar təqdim edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Gənc Könüllülər” İctimai Birliyin könüllüləri sertifikatlarla təltif olunublar.

Mükafatları gənclərə gəmi-muzeyin rəhbərliyi və əməkdaşları təqdim ediliblər.

Qeyd edək ki, sertifikatlar könüllülərə cari ilin 25 iyun tarixində “Suraxanı” gəmi-muzeyində təşkil edilən “Dənizçi Günü”-nə həsr olunmuş tədbirin yüksək səviyyədə keçirilməsində göstərdikləri dəstəyə görə verilib.

Könüllülərin dünyada ilk tanker-muzeyi olan “Suraxanı” gəmisinin fəaliyyətinə cəlb edilməsində əsas məqsəd sosial aktiv gənclər arasında  muzeydə  müvafiq sahələr üzrə təcrübənin və muzey işinin öyrənilməsi, eyni zamanda onların ölkəmizdə gəmiçilik sahəsi ilə yaxından tanış olmasıdır.

ASCO-nun “Suraxanı” gəmi-muzeyinin könüllülərlə əməkdaşlığı və bura könüllü gənclərin cəlb edilməsi bu sahədə əməkdaşlığın inkişafı, könüllü fəaliyyətinin genişləndirilməsi, könüllülərin inkişafı və könüllülük fəaliyyəti əsasında təcrübəsinin artırılmasına hesablanıb.

Qeyd edək ki, gələcəkdə də könüllülərin gəmi-muzeydə təşkil olunacaq layihələrdə iştirak etməsi və burada təcrübə keçmələri üçün əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır