Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

Ukraynadan hərəkət edən taxıl yüklü ilk gəmi İstanbulda yoxlanıldıqdan sonra Livana doğru yola çıxıb

Rusiya-Ukrayna böhranı başladıqdan sonra Ukraynadan hərəkət edən taxıl yüklü ilk gəmi İstanbulda yoxlanıldıqdan sonra Livana doğru yola çıxıb.

AZƏRTAC xəbər verir ki, gəmi Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanan “Taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması” müqaviləsi çərçivəsində avqustun 1-də Odessadan hərəkətə başlayıb. Syerra-Leone bayrağı altında üzən və 27 min ton qarğıdalı daşıyan “Razoni" adlı quru yük gəmisi İstanbulun Boğaziçi sahillərində birgə nümayəndə heyəti tərəfindən yoxlanılıb. Sonra Livana doğru yola çıxıb.

İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar üzrə yola çıxması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır