Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-01,
Seanews
Heyder Eliyev

Baltik dilindən keçən kanalın birinci mərhələsi başa çatmaq üzrədir - Video

Baltik dənizini Kalininqrad (Vistula) körfəzi ilə birləşdirəcək gəmiçilik kanalının tikintisinin birinci mərhələsi tamamlanır.

“Seanews.az”-ın məlumatına görə, hazırda əsasən sınaqlar və yekun qəbuldan əvvəli texniki qəbul aparılır. Artıq bir çox obyektlərin istismara verilməsi üçün icazə alınıb. Bunlar cənub və şimal körpüləri, giriş qapısı, ofis binası və Vistula körfəzinə doğru gedən  yolun 2km-lik hissəsidir. Beləliklə, bütün işlərin demək olar ki, 98 faizi yerinə yetirilib.

Layihənin investoru Qdınyadakı Dəniz İdarəsi, baş podratçısı isə “NDI” və “Besix”-dən ibarət  konsorsiumudur.

Baltik (Vistula) kanalının rəsmi açılışı sentyabrın 17-nə nəzərdə tutulub. İnfrastruktur nazirinin müavini Marek Qrobarçik bildirib ki, o, hədəflənən parametrlərə gələn il çatmalıdır.

Gəmiçilik kanalının uzunluğu 1 km, dərinliyi 5 metrdir.

Yeni kanal gəmilərin Rusiyanın ərazi sularından yan keçərək Elblaq limanına daxil olmasına imkan verəcək. Hazırda Baltik dənizindən Kalininqrad körfəzinə yalnız Rusiya Federasiyasının ərazi suları vasitəsilə getmək mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır