Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

İyulda Süveyş kanalından hər iki istiqamətdə 2103 gəmi keçib

Süveyş Kanalı İdarəsinin rəhbəri general-leytenant Usama Rabie gəmiçilik gəlirlərinin kəskin artdığını bildirib.

Onun sözlərinə görə, iyul ayında kanal ən yüksək daşıma həcmini qeydə alıb:125,1 milyon ton. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25,9% çoxdur.

Ay ərzində gəmiçilikdən xalis mənfəət 704 milyon dollar – başqa sözlə, Süveyş kanalı üçün rekord göstərici təşkil edib.

İyulda kanaldan hər iki istiqamətdə 2103 gəmi keçib ki, bu da keçən ilin eyni dövründəkindən 433 gəmi çox deməkdir.

Qeyd edək ki, Süveyş kanalı ilə daşımaların artımını Fars körfəzi ölkələrindən Avropaya yanacaq nəqlinin həcminin kəskin artması ilə əlaqələndirənlər az deyil.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır