Yeni bərələr Samsun limanına yük daşıyır
“Ro-Ro” tipli iki yeni “Gülistan U” və “Firuze G” bərələri 2022-ci ilin iyul ayından Temryuk limanından Türkiyənin Samsun limanına yük daşımağa başlayıb.
“Seanews.az”-ın məlumatına görə, hər bir bərənin tutumu 100 nəqliyyat vasitəsindən çoxdur.
Hazırda yükaşırma kompleksinə hər həftə soyuducu arabaları və beynəlxalq nəqliyyat vasitələri ilə iki bərə gəlir.
Gələcəkdə “Ro-Ro” tipli gəmilərlə daşımaların həcmini artırmaq üçün keçid məntəqəsinin sahəsinin genişləndirilməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır