Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

“Vard Electro” şirkəti gəmilərin avtonom idarəetmə sistemlərinin inkişafına sərmayə qoyur

“Vard Electro” şirkəti daha böyük robot gəmilərin növbəti nəslini idarə etmək üçün işləri davam etdirir.

“Seanews.az”-ın məlumatına görə,  şirkət gəmi və göyərtə avadanlığının avtomatlaşdırılmış idarəetmə sistemlərinin mərkəzləşdirilmiş məsafədən idarə olunmasını təmin edən yeni “SeaQ Remote” həllər paketini təqdim edib.

Bu sistem heyətin sayını, eyni zamanda xərcləri azaldacaq, təhlükəsizlik və ekoloji davamlılıq tələblərinə cavab verəcək.

Norveçin “Vard Holdings Limited” şirkətlər qrupu (“VARD”) neft və qaz sənayesi üçün dəniz layihələri üzrə ixtisaslaşmış gəmilərin aparıcı layihəçilərindən və inşaatçılarından biridir. Qrupun baş ofisi Norveçdə yerləşir. Holdinqin 11 min işçisi var. “VARD” Norveçdə beş, Rumıniyada iki, Braziliyada iki və Vyetnamda bir gəmiqayırma zavodu da daxil olmaqla, on gəmiqayırma zavodunu birləşdirir. “VARD”-ın əsas səhmdarı İtaliyanın “Fincantieri” gəmiqayırma qrupudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır