Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-16,
Seanews
Heyder Eliyev

4 quru yük gəmisi Ukrayna limanlarından İstanbula yola düşüb

Avqustun 7-də səhər saatlarında kənd təsərrüfatı məhsulları daşıyan 4 quru yük gəmisi Ukrayna limanlarını tərk edərək İstanbula yola düşüb.

“Seanews.az” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, “MUSTAFA NECATİ” gəmisi İtaliyaya 6 min ton günəbaxan yağı, “STAR HELENA” teploxodu isə Çinə 45 min ton günəbaxan tumu çatdıracaq. Daha iki yükdaşıyıcı – “GLORY” və “RIVA WIND” gəmiləri anbarlarına ümumilikdə 100 000 tondan çox qarğıdalı qəbul edib. Bu yük isə Türkiyənin İstanbul və İskəndərun limanlarına çatdırılacaq.

Türkiyəyə çatdıqdan sonra gəmilərin hamısı yoxlanılacaq və  məhz bundan sonra təyinat yerlərinə doğru hərəkətini davam etdirəcəklər.

Xatırladaq ki, iyulda danışıqlar nəticəsində Ukrayna limanlarından taxıl ixracına dair iki saziş imzalanıb: bir sənəd Türkiyə, Ukrayna və BMT, ikinci sənəd Türkiyə, Rusiya və BMT arasında imzalanıb. Müqavilələrdə kənd təsərrüfatı məhsullarının ixracının üç limandan - Odessa, Çernomorsk və Yujnıdan həyata keçirilməsi nəzərdə tutulur. Sövdələşmə 120 gün müddətində qüvvədə olacaq, sonra uzadılması mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır