Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-16,
Seanews
Heyder Eliyev

Yeni esmines sualtı qayıqlara qarşı döyüş imkanları ilə təchiz edilib

Cənubi Koreya Hərbi Dəniz Qüvvələri güclü silahlar və ən müasir sistemlərlə təchiz edilmiş 8200 tonluq yeni esminesi suya buraxıb.

“Yonhap News” nəşrinin yazdığına görə, Coseon sülaləsi kralının şərəfinə adlandırılan “Jeongjo” esminesi “Hyundai Heavy Industries” gəmiqayırma zavodunda inşa edilib.

Uzunluğu 170 metr və eni 21 metr olan “Jeongjo” esminesi raketlərin qarşısının alınması platforması və təkmilləşdirilmiş sualtı qayıqlara qarşı döyüş imkanları ilə təchiz edilib.

Esmines MH-60R “Sea Hawk” helikopterlərini və digər növ hərbi təyyarələri daşıya bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır