Suyun aşağı səviyyəsi daşımaları ciddi şəkildə məhdudlaşdırır
Köln yaxınlığındakı Reyn çayında suyun səviyyəsi bir metrdən aşağı düşüb və 99 santimetr təşkil edir.
“Seanews.az”-ın az məlumatına görə, suyun hazırkı səviyyəsi artıq naviqasiyaya mənfi təsir göstərir. Suya oturumu 2,20 metrdən çox olan yük gəmiləri artıq üzə bilmir və ya daha az yüklə yüklənməlidir.
Ümumiyyətlə, hazırda quraqlıq Almaniyanın çaylarında yük gəmilərinin hərəkətini ciddi şəkildə məhdudlaşdırır. Almaniya Daxili Nəqliyyat Kooperativinin idarə heyətinin üzvü Roberto Spranzi deyib ki, "Bizə nəql edə biləcəyimiz yüklərin yalnız 50 faizini daşımağa icazə verilir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


