Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

“Evergreen” liman avadanlıqlarına 333 milyon dollar sərmayə qoyub

“Evergreen”  şirkəti  Qaosyun limanındakı konteyner terminalı avadanlıqlarına 333 milyon dollar sərmayə qoyub.

“Seanews.az”-ın məlumatına görə, xüsusilə, söhbət 7 saylı konteyner terminalından gedir. Burada “Evergreen” beş yanalma körpüsünü icarəyə götürür, onun tikintisi 2023-cü ilin mayında başa çatacaq. Yanalma körpülərinin tam istismarı üçün “Evergreen” 19 yerüstü və 56 portal kran alıb.

Avadanlığın ilk partiyası keçən həftə Qaosyun limanına çatdırılıb. Çinin kran istehsalçısı “Shanghai Zhenhua Heavy Industries” bir portal və dörd üst kranı artıq quraşdırıb.

7 saylı konteyner terminalının uzunluğu 2,4 km, suyun dərinliyi 18 metrdir. O, eyni vaxtda 24 min TEU tutumlu beş konteyner gəmisini qəbul edə biləcək. Terminalın ötürücülük qabiliyyəti ildə 4,5 milyon TEU təşkil edəcək. Tikintinin birinci mərhələsi artıq başa çatıb - iki yanalma körpüsü hazırdır.

7 saylı konteyner terminalı istismara verildikdən sonra “Evergreen” əməliyyatlarını özünün də işlədiyi 5 saylı terminaldan köçürəcək. 5 saylı konteyner terminalı “Wan Hai Lines” şirkətinə icarəyə veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır