Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

İstehlakçı tələbi Avropa ilə müqayisədə ABŞ iqtisadiyyatının sabitliyini təmin edəcək

Danimarkanın “A.P. Moller-Maersk” şirkətlər qrupunun baş direktoru Soren Skou hesab edir ki, ABŞ iqtisadiyyatı istehlakın artması səbəbindən Avropa iqtisadiyyatından üstün olacaq.

Soren Skou “Bloomberg TV”-yə deyib: “Biz ABŞ-dan qısa və orta müddətli perspektivdə Avropa ilə müqayisədə daha yaxşı nəticələr gözləyirik. ABŞ-da idxal hələ də pandemiyadan əvvəl gördüyümüz səviyyələrdən xeyli yüksəkdir.”

Yükdaşımaların həcminin azalması ilə belə, konteyner xətləri rekord qazanc əldə edir, çünki tədarükün dayandırılması və daşıma qabiliyyətinin olmaması “Maersk” və digər daşıyıcılara xidmətlərinin qiymətlərini artırmağa imkan verir.

Avropaya daşınan yüklərin həcmi isə azalır.

Beynəlxalq konteyner daşımalarının təxminən altıda birinə nəzarət edən “Maersk” çərşənbə günü bildirib ki, dünya konteyner daşımaları 2022-ci ilin yanvar-mart aylarında 1,7% azaldıqdan sonra ikinci rübdə 2,3% azalıb və konteyner axınları indi pandemiyadan əvvəlki səviyyədən aşağıdır.

“A.P. Moller-Maersk” nəhəng nəqliyyat və logistika qruplarından biridir. “Maersk Line”-nin daxil olduğu şirkətlər qrup konteyner daşımaları, logistika və neft-qaz sahəsində uğurlu fəaliyyət göstərir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır