Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Əsas səhmdarı satmaq istəyir, gəmi inşaatçıları isə “DSME”-nin bölünməsinə və satışına qarşıdırlar

“Daewoo Shipbuilding & Marine Engineering”-də (“DSME”) çalışan və həmkarlar ittifaqının üzvü olan gəmi inşaatçıları avqustun 1-də bəyanat yayıblar. Bəyanatda Cənubi Koreyanın gəmiqayırma qrupunun aktivlərin satışını sadələşdirəcək bir neçə bölməyə bölünməsi ehtimalından narahat olduqlarını bildiriblər.

"İndi şirkəti yoluna qaytarmaq üçün hər şeyi etmək vaxtıdır, lakin kənardan bəziləri onun idarəçiliyinə təsir göstərməyə çalışıb", - həmkarlar ittifaqının bəyanatında deyilir. - Fəhlələr hesab edirlər ki, ixtisaslaşdırılmış və ticarət gəmiləri inşa edən qrupun bölmələri “DSME”-nin daxili strukturuna görə bir-birindən ayrıla bilməz və “ən böyük səhmdar bu faktı yaxşı bilir”.

“Özəlləşdirmə hər bir “DSME” işçisinin həyatına birbaşa təsir edən bir məsələdir. Bu, yalnız üzvlərinin razılığı əsasında olarsa, uğurlu nəticələnə bilər”, - deyə birliyin bəyanatında bildirilir.

İşçilər bank rəhbərliyini bu məsələni onlarla müzakirə etməyə çağırıblar.

Qeyd edək ki, Koreya İnkişaf Bankı “DSME”-ni satmaq üçün bir neçə cəhd edib. Bank “DSME”-də 55,7% paya malikdir və 1998-ci ildən onu idarə edir. Aktivi satmaq üçün ilk cəhd Koreya İnkişaf Bankı tərəfindən hələ 2008-ci ildə edilib, lakin sonra qlobal maliyyə böhranı sövdələşməyə mane olub.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır