Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Crested” tankeri 700 min barel nefti Misirin Əl-Həmra terminalına çatdırıb

“Rusiya Qərbin sanksiyalarından yan keçərək neft tədarükünün yolunu tapıb. Misirdəki kiçik bir liman Rusiya neftinin mənşəyini və son təyinat yerini gizlətməyə kömək edir.”

“Bloomberg” belə düşünür. Agentliyin məlumatına görə, göyərtəsində 700 min barel neft olan “Crested” tankeri iyulun 24-də ən azı bir dəfə yükü Misirin Əl-Həmra terminalına çatdırıb.

Daha sonra “Chris” gəmisi limandan neftin bir hissəsini götürərək Misir nefti ilə qarışdırıb. Bundan sonra “Chris” gəmisi Misirin Qırmızı dənizdəki Ras Şuheyr neft terminalına gəlib.

Qarışdırılmış Rusiya nefti ilin sonuna qədər neft embarqosu elan edən Avropaya göndərilə bilər. Həmçinin, belə neft Rusiya yanacağından imtina etmiş ABŞ və Böyük Britaniyaya da verilə bilər.

Misir əvvəllər mazut üçün tranzit marşrut kimi istifadə olunub. Misir nefti üçün tikilmiş Əl Hamra terminalının Rusiya neftinin daşınması üçün daimi olaraq istifadə ediləcəyi, yoxsa birdəfəlik daşınma olub-olmadığı hələ dəqiq deyil.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır