Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-29,
Seanews
Heyder Eliyev

Cənubi Koreya gəmiqayırmada liderliyini qoruyub saxlayıb

2022-ci ilin iyul ayında dünyada gəmiqayırmanın həcmi 2,1 milyon CGT (70 gəmi) təşkil edib ki, bunun da 55%-i Cənubi Koreyanın payına düşür.

“Seanews.az”-ın məlumatına görə, Cənubi Koreyada gəmiqayırmanın həcmi 1,16 milyon CGT (19 gəmi), Çində isə 620 min CGT (dünya həcminin 30%-i, 35 gəmi) təşkil edib.

Məlumdur ki, Cənubi Koreya üç ay dalbadal dünya gəmiqayırma bazarına liderlik etməkdə davam edir.

2022-ci ilin yanvar-iyul aylarında Cənubi Koreyanın gəmiqayırma həcmi 11,13 milyon CGT (ümumi həcmin 47%-i, 204 gəmi), Çində isə 10,07 milyon CGT (ümumi həcmin 42%-i, 383 gəmi) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır