Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Ukrayna limanlarını 375,13 min ton ərzaqla 12 gəmi tərk edib

2022-ci il avqustun 1-dən “Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması üzrə Qarşılıqlı Anlaşma Təşəbbüsü”nün icrası çərçivəsində Ukrayna limanlarından 12 gəmi çıxıb, 375 131 ton, o cümlədən: 307 831 ton qarğıdalı, 6 min ton günəbaxan yağı, 50 min 300 ton un, 11 min ton soya ərzaq ixrac edilib.

“Seanews.az” xəbər verir ki, Bu barədə Rusiya Federasiyasının humanitar cavab tədbirləri üzrə idarələrarası əlaqələndirmə qərargahının bəyanatında deyilir.

Altı limanda (Xerson, Nikolaev, Çernomorsk, Oçakov, Odessa və Yujnı) 14 ölkədən olan 59 xarici gəmi blokada qalıb.

Bəyanatda deyilir: “Ukraynaya məxsus lövbərsiz minaların Qara dəniz sahilləri boyunca sürüşməsi nəticəsində naviqasiya və liman infrastrukturuna ziyan dəymək təhlükəsi qalmaqdadır”.

Ukrayna limanlarından taxıl tədarükündə fasilələr 2022-ci ilin fevralından və xüsusi hərbi əməliyyatın başlamasından sonra baş verib. Danışıqlar nəticəsində 2022-ci il iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə, Rusiya və BMT arasında taxıl sazişləri imzalanıb. Sənəddə nəzərdə tutulur ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üç limandan - Odessa, Çornomorsk və Yujnıdan həyata keçiriləcək. Sövdələşmə 120 gün müddətində qüvvədə olacaq, sonra uzadılması mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır