Rusiya tankeri saxlanılıb
“Maritime Bulletin” portalının məlumatına görə, Naxodka limanı qeydiyyatında olan Rusiyanın “Primorye” tankeri 2022-ci il avqustun 21-də Malayziyanın Cohor əyalətinin sahillərindən 24 mil aralıda Malayziya hakimiyyəti tərəfindən saxlanılıb.
“Seanews.az”-ın məlumatına görə, gəmi rəsmi icazə olmadan Malayziyanın eksklüziv iqtisadi zonasında lövbər salmaq ittihamı ilə ölkənin Dəniz Hüquq-mühafizə orqanı tərəfindən həbs edilib.
“Primorye” tankeri “Naiada” şirkətinə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


