Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

LNG ilə işləyən konteyner gəmisi yanacaq qəbul etmək üçün ilk dəfə Lonq-Biç limanına yan alıb

Çərşənbə günü Amerikanın “Pasha Hawaii” gəmiçilik şirkətinə məxsus 236 metrlik “George III” konteyner gəmisi Lonq-Biç limanına yan alıb. Bu, “Ohana” sinifli LNG konteyner gəmisi Qərb sahilinin yanacaq təchizatı limanına ilk dəfə daxil olub.

“Seanews.az”-ın məlumatına görə, “George III” konteyner gəmisi Texas ştatının Braynsvill şəhərindəki “Keppel AmFELS” gəmiqayırma zavodunda inşa edilmişdir. “Pasha Hawaii” 2022-ci ilin sonuna kimi ikinci LNG konteyner gəmisi ilə donanmasını genişləndirəcək. Belə ki, hazırda həmin zavodda  bu seriyanın ikinci gəmisi - “Janet Mari”nin tikintisi başa çatdırılır.

“Ohana” sinifli konteyner gəmiləri “7S80ME-GI Mk 9.5” ikili yanacaq mühərrikləri ilə təchiz olunub, lakin onlar tamamilə LNG ilə işləyə bilirlər.

Lonq- Biçə ilk yanalmadan sonra konteyner gəmisi öz doğma limanı Honoluluya ilk səfrinə yola düşəcək. Hər iki gəmi rəsmi olaraq 2022-ci ilin dördüncü rübündə “Pasha Hawaii” donanmasında istismara qəbul ediləcək və Havay adaları ilə ABŞ-ın materik hissəsi arasında konteyner xəttinə xidmət edəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır