“Maersk” gəmiçilik şirkəti nəhəng anbar kompleksinin tikintisinə başlayır
Duysburq limanında 43 min kvadratmetr sahəsi olacaq yeni anbar kompleksinin tikintisinə icazə alınıb və layihənin icrasına başlanıb.
Bu barədə Danimarkanın logistika konteyner nəhəngi “Maersk” məlumat yayıb.
Reyn sahillərində təxminən 43 hektar ərazisi olan konteyner terminalı və 500 metrlik yanalma körpüsünün də daxil olduğu “Maersk Flow Warehouse” anbar kompleksi 100 min kvadratmetrdən çox ərazidə tikiləcək.
Almaniyanın “Goldbeck International” şirkəti tikintini gələn ilin ortalarında başa çatdıracaq. Anbar nəqliyyat vasitələrinin boşaldılması/yüklənməsi üçün 84 doka malik olacaq, 32 min FEU konteyneri qəbul edə biləcək.
Kompleks gömrük rəsmiləşdirilməsindən tutmuş konsolidasiya və dekonsolidasiyaya qədər çarpaz dok, palet saxlama və əlavə logistika xidmətləri göstərəcək.
“Maersk” öz logistika biznesinin və öz logistik infrastrukturunun inkişafına ardıcıl şəkildə sərmayə qoyur. Bu ilin ikinci rübündə “Maersk” ümumi sahəsi 178 min kvadratmetr olan beş yeni anbarı istifadəyə verib.


